RU

Azərbaycan Dünya Oyunları üçün heyəti müəyyənləşdirir

Azərbaycan millisi gələn il avqustun 7-dən 17-dək Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarında ən azı dörd növdə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, təkcə gimnastikada idmançılarımız üç növdə çıxış edəcəklər.

Mixail Malkin Birmingemdə (Böyük Britaniya) dünya çempionatındakı qələbə nəticəsinə görə tamblinq yarışında çıxış etmək hüququ qazanıb.

Akrobatlar Çenqduya üç vəsiqə əldə ediblər. Onlardan biri Gimaraynşda keçirilən dünya çempionatında ikiqat çempion olan Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyünə, digəri isə iki qızıl medal qazanan Murad Rəfiyev - Daniel Abbasov kişi duetinə məxsusdur. Dünya çempionatının bürünc mükafatçıları olmuş Riad Səfərov, Rəsul Seyidli, Abdulla Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişilər qrupu da Dünya Oyunlarında çıxış edəcək.

Pesaroda (İtaliya) keçirilən dünya çempionatında gümüş medal qazanmış Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq aerobika cütü də Çenqduya yollanacaq.

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Dünya Oyunlarına vəsiqə qazanıb.

İdman.biz

Избранный
13
idman.biz

1Источники