RU

Azərbaycan şirkəti Hollandiya bankının ayırdığı kredit ilə yeni mağazalar açacaq

"FMO - Dutch entrepreneurial development bank" (Hollandiya İnkişaf Bankı) Azərbaycanın Veysəloğlu Şirkətlər Qrupuna 23 milyon ABŞ dolları (təxminən 40 milyon manat) məbləğində kredit ayırırb.

Marja.az FMO-nun yaydığı məlumata istinadən xəbər verir ki, cəlb edilən krediti əməliyyat səmərəliliyini artırmaq üçün yeni logistika obyektinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, o cümlədən yeni "Araz" mağazalarının açılması üçün xərclənəcək. 

Qeyd edilib ki, "Araz Supermarket" MMC "Veysəloğlu"nun əsas qida pərakəndə biznesidir, françayzinqlər daxil 300-ə yaxın mağaza şəbəkəsini idarə edir. 

Əlavə edilib ki, bu sərmayənin qadınların işçi qüvvəsində iştirakını təşviq etməklə yanaşı, ölkənin daha çox kənd yerlərində  yeni iş yerləri yaratması gözlənilir.

Избранный
20
marja.az

1Источники