RU

"Uzak şehir"in azərbaycanlı aktrisası gözəllik sirlərini açıqladı - Foto

“Mucize doktor”, “Kızım” kimi serillardakı rolları ilə məşhurlaşan, hazırda “Uzak şehir” serialında rol alan azərbaycan əsilli aktrisa Sinem Ünsal gözəllik sirlərindən danışıb.

Ölkə.Az “haber7”yə istinadla xəbər verir ki, 31 yaşlı aktrisa bildirib ki, dəiyə qulluğun ən böyük sirri onu təmizləmək və nəmləndirməkdir.

"Yay-qış günəş kremindən istifadə etməyi heç vaxt unutmuram. Səhər-axşam həmişə dərimi təmizləyirəm. Həmçinin vaxt tapdıqca dərimə buzla şok effekti verirəm". 

Aktrisa təbii görünüşün tərəfdarı olduğunu bildirib. S.Ünsal tonal kremdən yalnız xüsusi günlərdə istifadə etdiyini, makyaj edərkən kirpik maskarası və dodaq nəmləndiricisi çəkdiyni söyləyib. O, həmçinin kofe dəmlədikdən sonra qalan çöküntü ilə üzünə masaj etdiyini, gözaltı baxımı üçün buzdan istifadə etdiyini deyib. 

S.Ünsal saçlarını heç vaxt boyatmadığını, sağlam və parlaq görünməsi üçün soyuq su ilə duruladığını da əlavə edib.

Ölkə.Az

Избранный
39
olke.az

1Источники