Xalq artisti Niyaməddin Musayev cavan və gümrah qalmasının sirrini açıqlayıb.
Bu haqda 84 yaşlı sənətkar qonaq olduğu “Zaurla Günaydın” danışıb.
N.Musayev gündə cəmi iki dəfə qidalandığını söyləyib:
“Yuxudan duran kimi su içirəm, yarım saat idman edirəm. Ondan sonra səhər yeməyi yeyirəm. Bu ya düyü sıyığı ola bilər, ya da ki, qarabaşaq. Təxminən saat 12-də yeyirəm. Günorta yeməyini isə saat axşam 6-da yeyirəm. Evdə nə bişsə yeyirəm. Amma çörəksiz. Ondan sonra bitir. Hərdən bir balaca çörək yeyirəm. Çayı da ancaq qəndlə içərəm”. (“Redaktor”)