RU

Azərbaycanda istehsal olunan ayaqqabılar ilk dəfə beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində faəliyyət göstərən Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC Azərbaycanda ilk dəfə olaraq ayaqqabı istehsalı sahəsində bütün tələb olunan keyfiyyət və təhlükəsizlik testlərindən uğurla keçərək “EN ISO 20345:2022” və “EN ISO 20347:2022” beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb. 

Valyuta.az-a bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA)  məlumat verilib.

Məlumata görə, “BAFCO İnvest” MMC-nin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini əks etdirən bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixrac etməsinə imkan yaradacaq. Hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilə danışıqlar aparılır. 

Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən fabrikdə xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabıların, o cümlədən poliuretan çəkmələrin istehsalı həyata keçirilir. Almaniyanın tanınmış son nəsil Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.

Избранный
49
1
valyuta.az

1Источники