RU

AFFA iki futbolçu haqda araşdırma aparır - AÇIQLAMA

Dünən "Şamaxı"dan göndərildikləri açıqlanan iki futbolçu - yarımmüdafiəçi Georgi Kantariya və müdafiəçi Adil Nağıyevin adı danışılmış oyunlarda hallandırılır. Düzdür, klub yaydığı rəsmi bəyanatda sözügedən oyunçuların müqavilələrinə qarşılıq razılıq əsasında xitam verilməsinin dəqiq səbəbini bildirməyib, ancaq hazırda sosial şəbəkələrdə bu yöndə qızğın müzakirələr gedir. Mövcud vəziyyətə AFFA-dan münasibət öyrəndik.

Qurumun sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a açıqlaması belə oldu:

"Bu məsələ diqqətimizdədir. Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə bu haqda geniş məlumat veriləcək".

Nihat 

Избранный
5
fanat.az

1Источники