RU

Xalq artistinin ailəsindən İlham Əliyevə Təşəkkür

Xalq artisti Xəyyam Mirzəzadənin oğlu Pərvin Mirzəzadə Prezident İlham Əliyevə təşəkkür edib.

XALQ.AZ  xəbər verir ki, təşəkkür məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!

Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adının əbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adının verilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.

Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik. Vaxtilə, atamı “Şərəf” ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etmisiniz. Xəyyam Mirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcə minnətdarıq.

Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və məhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

Избранный
34
16
xalq.az

10Источники