RU

Suriya xalqına işgəncə verənlərin yerini deyənlərə MÜKƏFAT VERİLƏCƏK - Colani

Suriya xalqına işgəncə verən və işgəncədə əli olan keçmiş yüksək vəzifəli məmurların siyahısını dərc edəcəyik.

Bakupost.az xəbər verir ki, bunu Suriya inqilabının rəhbəri Əbu Məhəmməd əl-Colani Teleqram hesabında yazıb.

Müharibə cinayətkarlarının arxasınca gedəcəklərini və qaçdıqları ölkələrdən təslim olmalarını tələb edəcəklərini bildirən əl-Colani Suriya xalqına işgəncə verən cinayətkarları, qatilləri, təhlükəsizlik və ordu zabitlərini məsuliyyətə cəlb etməyə çəkinməyəcəklərini vurğulayıb:

“Müharibə cinayətlərinə qarışan yüksək rütbəli ordu və təhlükəsizlik məmurları haqqında məlumat verən hər kəsə mükafat veriləcək”.
Избранный
32
1
bakupost.az

2Источники