RU

İsrail ordusunun Suriyaya girməsinə Ankaradan reaksiya

Biz İsrailin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq, Suriya ərazisinə daxil olmasını və sözügedən ölkənin ərazisində irəliləməsini şiddətlə qınayırıq.

Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir. Biz Suriyanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi qətiyyətlə təkrar edirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail tankları Qolan təpələrində bufer-zonanı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına qədər irəliləyib.

Избранный
19
27
ulusum.az

10Источники