Suriyada rejimin süqutu və əsədlər sülaləsinin yarım əsrdən çox davam edən qanlı hakimiyyətlərinin devrilməsi prosesi , həmçinin dünyada enerji resursları və onların tranzit yolları uğrunda gedən mübarizənin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən bir hadisədir. İran və xüsusilə də Rusiyanın Suriyadakı varlığı, Bəşər Əsəd rejiminə verdikləri dəstək, heç də Əsədə olan sevgilərindən qaynaqlanmırdı. Burda digər ərəb ölkələrindən Suriyanın ərazisindən istifadə edərək enerji resurslarını Avropaya çatdırılmasına mane olmaq Rusiyanın məhz ən əsas məqsədi olub. Hazırda baş verənlər fonunda, hansı razılaşmaların olduğunu demək çətin olsa da, ehtimallar onu deməyə əsas verir ki, Rusiyanın Suriyadan sakitcə çıxması və Putinin sükutu, yenidən əsas verir ki, Rusiyanın bu məsələdə Türkiyə ilə hansısa razılaşması var. Məhz bundan sonra Qətər qazının Avropaya çatdırılması üçün artıq heç bir əngəlin qalmadığını nəzərə alsaq, anlaşılır ki, bu məsələ həmçinin ABŞ və Avropa İttifaqının da işinə uyğun olaraq atılan addımdır. Qətər və digər ölkələrin enerji resurslarının Suriya və Türkiyə vasitəsilə Avropaya çatdırılması istiqamətində artıq heç bir problem qalmadı və bu enerji marşrutunun həyata keçirilməsi böyük ehtimalla ki, yaxın gələcəkdə baş verəcək. Bu baxımdan Türkiyənin sərgilədiyi siyasi mövqe və səylərini yüksək səviyyədə qiymətləndirmək lazımdır.
Çingiz Şahbazi
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта