Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
İqtisadçı Əkrəm Həsənov məsələyə münasibət bildirərək Banco.az-a açıqlamasında özəl pensiya fondlarının üstünlükləri və riskləri ilə bağlı fikirlər səsləndirib. O, qeyd edib ki, daha çevik və fərdiləşdirilmiş imkanlar təklif edən özəl pensiya fondları insanlar üçün cəlbedici ola bilər:
“Misal üçün, vətəndaş öz əmanətini vaxtından əvvəl çıxara bilər və ya fərqli investisiya seçimlərindən yararlana bilər. Amma burada əsas məsələ fondların maliyyə dayanıqlığı və düzgün idarəetmə sistemidir”.