RU

"Suriyadakı məğlubiyyət fonunda Tehranın üzünü Qafqaza çevirməsi təbiidir" - Ekspert

"SEPAH-ın bu təhdiddini ciddi saymıram. Onlar Azərbaycana hərbi cəhətdən müdaxilə etmək imkanlarına malik deyillər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli SEPAH-ın rusdilli "Telegram" kanallarında Azərbaycana yenidən hədə-qorxu gələrək Qafqazda "müqəddəs müharibə"nin vaxtının bəyan etməsini şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, İran dəfələrlə hərbi güc göstərməyə çalışıb, Azərbaycan sərhədində dəfələrlə manevrlər keçirib:

"Amma Azərbaycanın qüvvəsini də bilirlər. İran həmişə çalışıb ki, Qafqaz onun nəzarətində olsun. Tehran bütün dövrlərdə Ermənistanı müdafiə edib. Hazırda Suriyadakı proseslər fonunda İranın mövqeləri həddən artıq zəifləyib. Əslində İran çalışmalıdır ki, Azərbaycan və digər dövlətlərlə dil tapıb, normal fəaliyyət göstərsin. Amma təssüf ki, rejim yenə də Azərbaycanla təzyiq dililə danışmaq istəyir. Yaxın Şərqdəki məğlubiyyət fonunda Tehranın üzünü Qafqaza çevirməsi tamamilə təbiidir. Burada Ermənistanın timsalında onun tərəfdaşı var".
 


Ekspertin fikrincə, SEPAH tərəfindən Azərbaycana münasibətdə səslənən təhdidedici mesajlar Yaxın Şərqdəki məğlubiyyətinin qorxusunu canlarından çıxarmaq cəhdidir:

"Onlar Azərbaycanın hansı gücə malik olduğunu bilir. Bu səbəbdən ölkəmizlə zor dilində danışmaq işə yaramayacaq. İsrail və Suriya müxalifəti İranın proksi qüvvələrini darmadağın etdi. Azərbaycan Ordusu ilə də bacara bilməyəcəklər. Bu sayaq bəyanatlar onların qorxusundan irəli gələn məsələdir". 

Qeyd edək ki, dekabrın 7-də İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün rusdilli "Telegram" kanallarında Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesaj yayımlayıb. SEPAH bəyan edib ki, Qafqazda "müqəddəs müharibə"nin vaxtı çatıb. Özü də SEPAH bu sayaq təhdidləri Yaxın Şərqdə aldığı sarsıdıcı məğlubiyyət fonunda səsləndirir. Görünür, SEPAH bu uğursuzluğunu örtbasdır etmək üçün indi də üzünü Qafqaza, əsasən Azərbaycana çevirməyi düşünür. 

Rüfət Sultan

Избранный
12
45
qaynarinfo.az

10Источники