RU

Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Dekabrın 19-da keçiriləcək ilin son sammitində Avropa İttifaqının dövlət və hökumət başçıları Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta “X”də yazıb:

“Dekabrın 19-da keçiriləcək Avropa Şurasının mövzusu Suriya olacaq”.

“İnsan hüquqlarına hörmət və azlıqların müdafiəsi, eləcə də ölkənin ərazi bütövlüyü Aİ üçün əsasdır”, - o əlavə edib.

"Cebheinfo.az"

Избранный
6
2
cebheinfo.az

6Источники