RU

Şəkər sıçrayışlarının qarşısını almağın yolu...

...Avstraliya Katolik Universitetinin alimləri müəyyən ediblər ki, erkən (səhər yeddi) və ya gec (günorta) səhər yeməyi yemək və yeməkdən sonra gəzmək 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tədqiqatın nəticələri Diabetes & Metabolic Syndrome: Clinical Research & Reviews (DMCRR) jurnalında dərc olunub.

Tədqiqatda diabetli 11 yetkin könüllü iştirak edib. İştirakçılardan səhər yeməyindən 30-60 dəqiqə sonra 20 dəqiqəlik sürətli gəzintiyə çıxmaları və mobil proqram və ya əlyazma jurnalından istifadə edərək gündəlik qida qəbulunu və yuxu vərdişlərini qeyd etmələri istəndi.

Qlükoza səviyyəsini və fəaliyyətini izləmək üçün davamlı qlükoza monitorları (CGMs) və fəaliyyət monitorlarından istifadə edilmişdir.

Alimlər 09:30 və 12:00-da istehlak edilən səhər yeməyinin, 07:00-dakı ilk yeməkdən daha effektiv şəkildə postprandial qlikemiyanın qarşısını aldığını müəyyən etdilər.

Postprandial hiperqlikemiya, yeməkdən iki saat sonra qanda qlükoza səviyyəsinin 7,8 mmol/l-dən çox sürətli və əhəmiyyətli artmasıdır.

O, oksidləşdirici stress və ürək-damar xəstəliyi (CVD) üçün risk faktoru ilə sıx bağlıdır. Araşdırma həmçinin müəyyən edib ki, səhər yeməyindən sonra 20 dəqiqəlik gəzinti 07:00 və ya 12:00-da yemək yeyən xəstələrdə qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir (müvafiq olaraq 0,35 və 0,37 azalma). Ancaq saat 09:30-da yemək yeyənlərə gəzinti ciddi təsir göstərməyib.

Nazlı Almuradova

Избранный
4
1
sia.az

10Источники