Türkiyənin Sakarya bölgəsinin Adapazarı mahalının Karakamış rayonunda ürək cərrahı mafiyasayağı öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sakaryada tanınmış ürək-damar cərrahı olan Okan Dericioğlunun cəsədi yolda dayanmış avtomobilində tapılıb.
Onu başına salafan torba keçirilməklə, nəfəssiz qoyaraq boğub öldürüblər: "Xəbər üzrə hadisə yerinə yollanan polislər öldürülən şəxsin Yenikent Dövlət Xəstəxanasında Ürək-Damar cərrahı Okan Dericioğlu olduğunu müəyyən ediblər. Onun üzərində başqa hər hansı bir xəsarət izi olmayıb. Meyit ekspertizaya verilib. Fakt araşdırılır".
Firudin Səfərli
MİA.AZ