“Məni o qədər daşlayıblar, dostlardan xəyanət görmüşəm ki... Öyrəşmişəm. Dolça bürcləri birini sevərsə, çox bağlanar. Amma diqqətsizlik görəndə tez də unudar. Son zamanlar görürəm ki, hadisələri sakit qəbul edirəm, önəm vermirəm. Yazılan şərhlərə, atılan sözlərə baxıb keçirəm. Kimsə müsahibədə adımı çəkir, baxıram keçirəm. Hər kəsin subyektiv fikrinə hörmətlə yanaşıram”.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi efirlə real həyatın fərqli olduğunu dilə gətirib:
“Hər kəs bizi sevmək məcburiyyətində deyil. Məni televiziyadan görüb bəyənməyən olub, sonra salonda yaxınlaşıb ki, necə sadəsisiniz? Efirə çox çıxmıramsa, o demək deyil ki, yekəxanayam”.
İbrahimli onun ünvanına yazılan mənfi şərhlərdən də söz açıb:
“Pis niyyətli şərh yazanın ailəsində, özündə problem var. Onlara pis oluram. Baxırlar, nəsə pis axtarırlar. Bu günə qədər heç birini pozmamışam. Təhqir olarsa, o şərhləri silirəm”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта