Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.
Əvvəlcə Madrid “Atletiko”su doğma azarkeşləri önündə “Slovan”ı qəbul edəcək. Fransa “Lill”inin rəqibi “Şturm” olacaq.
Günün mərkəzi oyununda "Yuventus" "Mançester Siti" ilə üz-üzə gələcək. "Borussiya Dortmund" isə almaniyalı Hans-Diter Flikin başçılıq etdiyi "Barselona"nı qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr
21:45 Atletiko Madrid (İspaniya) – Slovan (Slovakiya)
21:45 Lill (Fransa) – Şturm (Avstriya)
00:00 Milan (İtaliya) – Srvena Zvezda (Serbiya)
00:00 Arsenal (İngiltərə) – Monako (Fransa)
00:00 Benfika (Portuqaliya) – Bolonya (İtaliya)
00:00 Borussiya (Dortmund, Almaniya) – Barselona (İspaniya)
00:00 Feyenoord (Niderland) – Sparta (Praqa, Çexiya)
00:00 Yuventus (İtaliya) – Mançester Siti (İngiltərə)
00:00 Ştutqart (Almaniya) – Yanq Boyz (İsveçrə)