Bir müddət icarə əsasında "Beşiktaş"ın qapısını qoruyan, lakin sonradan uğursuz karyerası və sevgi macəraları ilə arabir gündəmə gələn qolkiper Loris Kariusun adı sensasiyalı transfer danışıqlarında hallanmağa başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bavariya" əsas qapıçı Manuel Noyerin zədələnməsi, ikinci qapıçı Sven Ulreyxin şəxsi səbəblərdən komandada olmamasından sonra 3-cü qapçıya əvəzedici axtarır.
Almaniyanın məşhur "Bild" nəşri yazır ki, Bavariya" bir müddət "Beşiktaş"da oynamış və bonoservisi əlində dolaşan komandasız Loris Kariusu 4-cü ehtiyat qapçı kimi heyətinə cəlb etməyə hazırlaşır: "Almaniyanın nəhəng klubu hazırda 3-cü qapıçı Daniel Peretzin ümidinə qalıb. Ona bir şey olsa, komanda faktiki qapçısız qalacaq. Bu səbəbdən klub təcili çıxş yolu axtarır. Hazırkı durumda ən uyğun namizəd isə "havada olan" Loris Kariusudur. Klub onu məcburən heyətinə cəlb etmək üçün danışıqlara başlayıb".
Xəbərə görə, "Bavariya" ona karyerasının ən az maaşını təklif edib: "Güman ki, 31 yaşlı Loris bu təkliflə razılaşacaq...".
Fərid Aslan
MİA.AZ