RU

Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib.

Medianews.az xəbər verir ki, Hamamlı rayonunun Qursalı və Saral kənd sakinlərinin dəvət aldıqları tədbirdə Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Hikmət Məmmədov, akademik Abel Məhərrəmov, professorlar İbrahim İsayev və Nəbi Ramazanlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycanlıların deportasiyası və Hamamlı zəlzələsi haqda tarixi faktlara əsaslanan geniş məzmunlu çıxış edib.

Tədbirdə söz alan icmanın Nərimanov təşkilatının rəhbəri və Qursalı kənd sakini Təmraz Tağıyev qeyd edib ki, 36 il əvvəl baş vermiş zəlzələdə həlak olanlar sırasında Qursalı və Saral kəndinin 20 sakini də var idi.

Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib - <span style=color:red>FOTOLAR

İcmanın rayon təşkilatının rəhbəri bildirib ki, Hamamlı rayonunun yerləşdiyi coğrafi ərazi hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Bu rayonun sakinləri birbaşa doğma Azərbaycanla hər hansı formada əlaqəsinin olmaması səbəbindən daha çox əziyyət çəkməli oldu. Çətinlikləri dəf etmək üçün rayon sakinləri toparlanaraq özünümüdafiə dəstələri yaratmağa nail oldular.

Hadisələrin başladığı bir vaxtda kənd camaatı yaxınlıqdakı meşəyə çəkilmiş, Qursalı kəndinin yeddi korpusdan ibarət məktəbinin 850 şagirdinin təhsil aldığı məktəb bağlanmış, hər tərəflə əlaqələr kəsilmiş, gündəlik olaraq mənfur erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı bir vaxtda zəlzələnin baş verməsi kənddə itkilərin sayını artırmış oldu. Ancaq bütün kənd əhalisinin dağlara çəkilməsi səbəbindən canlı itkilərin sayının az olduğunu qeyd edən Təmraz Tağıyev əlavə edib ki, ermənilərin bu insanlığa sığmayan hərəkətlərinə rəğmən zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan oldu.

Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib - <span style=color:red>FOTOLAR

O zaman təbii fəlakətdən zərərçəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrup təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. Təəssüf ki, Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbləri bu günədək aydınlaşdırılmayıb.

Hadisələr başlayarkən Qursalı kəndində 600 evin, Saral kəndində isə 200 evin olduğunu qeyd edən Təmraz Tağıyev bu gün hər bir kənd sakininin öz doğma yurduna qayıdacağı günü səbirsizliklə gözlədiyini qeyd edib: “Hər birimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qaydacağımıza inanır və qayıdışa hazır olduğumuzu bəyan edirik”.

Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib - <span style=color:red>FOTOLAR

Görüşdə çıxış edənlər zəlzələnin Azərbaycan əhalisinin həm də mühasirədən çıxmasına kömək etdiyini də xüsusi ilə vurğulayıblar. Mənfur erməni silahlı dəstələrinin, həm də  zəlzələnin yaratdığı gərginliyi aradan qaldırılması yalnız Azərbaycandan gələn helkopterlərin sayəsində mümkün oldu. Belə ki, mühasirədə qalan həmyerlilərimizin sonuncu dəstəsini yalnız 10 dekabr tarixində köçürmək mümkün oldu.

Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib - <span style=color:red>FOTOLAR

Избранный
29
medianews.az

1Источники