İrəvanda Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanıb.
Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Ermənistan və Fransa 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı çərçivəsində onlarla tədbiri əhatə edən sənəd imzalayıblar. İrəvanda keçirilən məsləhətləşmələrdə 2024-cü il üzrə əməkdaşlıq yekunlaşdırılıb, növbəti il üçün prioritetlər müəyyənləşdirilib.