RU

Kallas: Çinə təsir etmək üçün Tramp Rusiyaya qarşı sərt yanaşmalıdır...

Avropa diplomatiyasının yeni rəhbəri Kaja Kallas ABŞ-nin seçilmiş prezidenti Donald Trampa deyib ki, Çinə təsir edə bilmək üçün Rusiya ilə münasibətlərdə sərt olmalıdır...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Kaya Kallas Trampın Rusiyaya qarşı daha sərt olmasına diqqət çəkib və bunu Çinlə əlaəqləndirib.

“Əgər Çinlə problem yaşamaq istəmirsinizsə, məncə, Rusiyaya qarşı çox güclü olmalısınız”, deyə Avropa diplomatiyasının yeni rəhbəri Trampla söhbətində vurğulayıb.

Avropa diplomatiyasının yeni rəhbəri əlavə edib ki, ABŞ-nin Ukraynaya yardımı Tayvanın statusu ilə bağlı vəziyyətdə Çin üçün siqnaldır.

Poliqon.info

Избранный
5
poliqon.info

1Источники