RU

Restoranlarda bu müştərilər cərimələcək – Məbləğ

Avstriyadakı bəzi restoranlar qida israfını azaltmaq üçün lazım olduğundan daha çox yemək götürən və boşqabında yemək saxlayan müştərilərdən əlavə haqq tələb edəcək.

News24.az xəbər verir ki, Avstriyadakı restoranlar qida israfını azaltmaq üçün “All you can eat” bufetlərində yeni təcrübə tətbiq edirlər. “Latest News EU”-da yer alan xəbərə görə, boşqablarında artıq yemək saxlayan müştərilər əlavə ödəniş etməli olacaqlar.

Yeni il şənliklərində süfrələrə müxtəlif yeməklərin qoyulması ənənəvi vərdiş halını alıb, lakin bu, qida israfına səbəb ola bilər. Avstriyanın Qraz şəhərindəki bəzi Asiya restoranları, xüsusən də "Running Sushi" və "All you can eat" konseptual məkanlarında yemək bitmədiyi təqdirdə, 5-10 avro əlavə ödəniş tələb edir.

Əksər müştərilərin bu praktikanı anladığını, lakin zaman-zaman etirazların da olduğunu bildirən restoran sahibləri, yeni qaydaların ümumiyyətlə heç bir problem olmadan tətbiq edildiyini bildiriblər.

Aynurə

Избранный
24
1
news24.az

2Источники