RU

Dirsəkli valın ömrünü necə uzatmaq olar?

Daxiliyanma mühərrikinin ən vacib detallarından biri dirsəkli valdır. Xrom və vanadium ərintilərindən hazırlanan bu detal yüz minlərlə kilometr istismar oluna bilir. Lakin, bəzi hallarda detalın ömrü çox qısa olur. 

Avtosfer.az xəbər verir ki, mühərrikin sürətlənməısi zamanı dirsəkli vala çox böyük yük düşür. Avtomobildə yanma düzgün getmədikdə isə bu yük artır. Mühərrik dayanıqsız işlədikdə (danışıqda pereboy) valın boynuna düşən zərbə kəskin artır. Bu zaman detal sına bilər.
Eyni hal yağlanma pis getdikdə də baş verir. Zəif yağlanma zamanı valın boynu həddən artıq qızır, aşınır və son nəticədə qırıla bilir. Bəzi hallarda isə sadəcə olaraq val və üzərindəki halqalar bir-birinə yapışır. 

Valın qırılması kəskin qaz verdikdə də baş verə bilir. Hər bir mühərrikin davam gətirə biləcəyi yük var. Böyük dövrdə işləyən mühərrikdə yaranan vibrasiya da dirsəkli valı qıra bilir. 

Dirsəkli valın qırılması zamanı yaranan nasazlığı aradan qaldırmaq üçün mühərrikin əsaslı təmiri  tələb olunur. Bəzən bu qırılma silindrlər blokunun sıradan çıxması ilə nəticələnir ki, bu zaman ümumiyyətlə yeni mühərrik almaq lazım gəlir. 

Bununla belə, dirsəkli val kifayət qədər etibarlı detaldır və bi neçə sadə qaydaya əməl etməklə onda 5-6 yüz min kilometr istifadə etmək mümkündür. Soyuq mühərrikə kəskin qaz verməmək, qəfil sürətlənməmək və ən əsası, mühərrikin yağını vaxtı-vaxtında dəyişməklə (əlbəttə ki, keyfiyyətli yağla) bu detalı illərlə təhlükəsiz istismar etmək mümkündür.

Vüqar Yaşaroğlu

Избранный
42
2
avtosfer.az

3Источники