RU

Cənubi Koreyanın keçmiş müdafiə naziri intihar etmək istədi

Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yon Hyun həbsxanada olarkən intihara cəhd edib. Hazırda onun səhhəti normaldır.
 
Bu barədə "Yonhap" məlumat verib.
 
Kim Yon Hyun hərbi vəziyyətin tətbiqi planının əsas iştirakçılarından biri hesab olunur. Parlamentdə keçirilən dinləmələr zamanı Ədliyyə Nazirliyinin yüksəkrütbəli rəsmisi bildirib ki, təcridxananın əməkdaşı ötən gün gecəyarısına az qalmış Kim Yon Hyunun intihar etmək istədiyini görüb.
 
KİV-in məlumatına görə, Kim Yon Hyun hərbi vəziyyətin tətbiqinə faktiki nəzarəti həyata keçirib. Ordunun xüsusi təyinatlılarının komandirinin sözlərinə görə, müdafiə qurumunun keçmiş rəisi, əsasən, deputatların parlamentdən çıxarılması üçün hərbçilərə göstəriş verib. Keçmiş nazir konstitusiya quruluşunun devrilməsi məqsədilə üsyanda şübhəli bilinir. Bu əməllər çox sərt şəkildə cəzalandırılır və hətta ömürlük həbs və ya ölüm cəzası da tətbiq edilir.
Избранный
6
moderator.az

1Источники