RU

Husilər ABŞ hərbi gəmilərini hədəf aldılar

Yəmənin bir hissəsinə nəzarət edən husilər Ədən körfəzi ətrafında ABŞ Hərbi Dəniz Qüvvələrinə hücum edib.

Turkustan.az xəbər verir ki, hücumda ABŞ-ın iki esmines döyüş gəmisi hədəfə alınıb. Bundan əlavə, esmines döyüş gəmilərini müşayiət edən daha 3 gəmi vurulub. Bu sözləri Husilərin sözçüsü Yəhya Seri deyib.

2015-ci ildə Yəmən vətəndaş müharibəsindən bəri Yəmənin paytaxtı Səna və ətrafına nəzarəti ələ keçirən husilərin sözçüsü Yəhya Serinin verdiyi açıqlamada hücumun dəniz qüvvələri və pilotsuz uçuş aparatları ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilib. Hücumda raketlərdən də istifadə edilib.

Xüsusi əməliyyatın uğurla başa çatdığını bildirən Yəhya Səri Fələstin xalqına dəstəyini davam etdirəcəklərini bir daha vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
38
turkustan.az

1Источники