RU

İsrail Suriyanın dəniz donanmasını məhv edib - Müdafiə naziri müxalifləri hədələyib

İsrail Latakiya şəhərində Himeymim bazasının yerləşdiyi limana hücumda Suriyanın dəniz donanmasını məhv edib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.

Verilən yazılı açıqlamada İsrail müdafiə naziri Yisrael Katzın dünən İsrail Hərbi Dəniz Qüvvələrinin Latakiya limanına təşkil etdiyi hücumlarla bağlı səlahiyyətlilərdən məlumat aldığı bildirilib..

Katz Suriya müxalifətini də təhdid edərək, “Kim Əsədin yolu ilə gedirsə, sonu da onun kimi olacaq”, - mesajını verib.

Qeyd edək ki, İsrailin hücum etdiyi Latakiya da Rusiyanın istifadə etdiyi Himeymim bazası da yerləşir.

Hələlik hücumla bağlı Rusiya tərəfindən heç bir açıqlama verilməyib.

"AzPolitika.info"

Избранный
6
azpolitika.info

1Источники