RU

"Taksilərdə POS-terminallarla bağlı məsələ həllini tapmalıdır” - EKSPERT İRAD BİLDİRDİ

“Ümumiyyətlə, bilirsiniz ki, nağdsız hesablaşmalar artıq ölkədə çox sürətlə tətbiq olunmağa tətbiq olunmağa başlayıb. İnsanlar bu prosesə adaptasiya olublar. Daha çox kartla ödənişlərə üstünlük verilir. Bu mənada taksi xidmətinin təşkilində POS- terminalların olması çox vacib bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.
İlqar Hüseynli sözlərinə belə davam edib: “Bu ona görə vacib məsələdir ki, birincisi, sərnişin və sürücü arasındakı bəzi mübahisəli məqamların aradan qaldırılmasına gətirib çıxaracaq. Məsələn, bir məsafəni qət etdikdə 5 manat 60 qəpik yazıbsa, onda sərnişin məcbur olur ki, 6 manat ödəsin. Çünki sürücüdən 40 qəpik almaq kimi imkanları olmur. Yaxud da əksinə. Amma kart varsa, POS-terminal qəpiyinə qədər ödənişi təmin edəcək. Bu da sürücü ilə vətəndaş arasındakı mübahisənin aradan qalxmasına səbəb olacaq.

İkincisi, bəzi hallarda sərnişin taksi xidmətindən istifadə etdiyi zaman üzərində iri məbləğli əskinazlar olur. Məsələn, 100 manat və 50 manat. Bu zaman sürücünün qalıq qaytarmağa imkanı olmur. Belə olan halda sürücü avtomobili saxlayır, müəyyən manevrlar edərək dükanlara girir ki, pul xırdalasın. Bu da müəyyən zaman itkisinə və komfortsuzluğa gətirib çıxarır.

Üçüncüsü, ölkədə yalnız yerli sərnişinlərə xidmət göstərilmir. Ölkəmizdə taksi xidməti həm də Azərbaycana gələn turistlə üçündür. Turistlər də bir ölkədən digərinə yollandıqda nağd puldan çox kartlardakı pula üstünlük verirlər. Bu zaman gələn turistlərin ödəniş məsələlərində də problem yaranır. Bu halda POS- terminalın olmasına zəruri ehtiyac yaranır. Bir daha bildirim ki, taksilərdə POS-terminalların olması olduqca vacibdir və bu məsələ həllini tapmalıdır”.

Ayşən Vəli

Избранный
12
sia.az

1Источники