RU

Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 6-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutacaq.

İspaniyanın “Barselona” komandası Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. İngiltərə çempionu “Mançester Siti” İtaliyada “Yuventus”un qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tura 2025-ci il yanvarın 21-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr

21:45. “Atletiko” (Madrid, İspaniya) – “Slovan” (Slovakiya)
21:45. “Lill” (Fransa) – “Şturm Qras” (Avstriya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
00:00. “Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa)
00:00. “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
00:00. “Feyenoord” (Niderland) – “Sparta” (Praqa, Çexiya)
00:00. “Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə

Избранный
7
15
arena.az

10Источники