RU

MİT separatçı terror təşkilatına qarşı əməliyyat keçirib

 

Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı terror təşkilatı PKK/YPG-nin Suriyaya bağlı Kamışlıda devrilmiş lider Bəşər əl-Əsəd rejimindən ələ keçirdiyi raketlər, ağır silahlar və sursatların saxlandığı 2 anbarı, 12 yük maşını və 2 tankı məhv edib. 

MİT terror qruplaşması PKK/YPG-nin Əsəd rejimindən qalan raketləri, ağır silahları və sursatları öz anbarlarına daşımağa başladığını müəyyən edib. Terrorçuların gecə qaranlığından istifadə edərək silah və sursatları yük maşınlarına yükləyib sıralı şəkildə bölgədən uzaqlaşdığını dəqiqləşdirən MİT əməliyyat keçirmək qərarına gəlib. Əməliyyat zamanı raketlər, ağır silahlar və sursatların saxlandığı 2 anbar, 12 yük maşını və 2 tank məhv edilib. 

Təhlükəsizlik mənbələri separatçı terror təşkilatının Türkiyə sərhədində yerləşməsinə və ölkəyə qarşı təhdid yaratmağa çalışmasına heç vaxt göz yumulmayacağını bildiriblər. 

Qeyd edək ki, bazar günü Suriyadakı 61 illik Bəəs rejimi çökmüş, devrilmiş lider Bəşər Əsəd ölkədən qaçmışdı.



Избранный
31
trt.net.tr

1Источники