RU

Zelenski Trampdan Ukrayna üçün təhlükəsizlik zəmanəti tələb edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündə təkid edib ki, münaqişə bitdikdən sonra Qərb Ukraynaya təhlükəsizlik zəmanəti versin.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Zelenskinin Tramp və Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşü 35 dəqiqə davam edib.

Mənbələr qeyd edir ki, Zelenski Trampla münasibətləri yaxşılaşdırmağa çalışıb və “münaqişənin istənilən nəticəsinə görə” Rusiya Federasiyası ilə danışıqlardan sonra Kiyevə təhlükəsizlik təminatının verilməsinin zəruriliyini ona izah edib.

Məlum olduğu kimi, Tramp ABŞ-yə, eləcə də bütün dünyaya Rusiya-Ukrayna müharibəsini tezliklə bitirmək barədə vəd verib.

Musavat.com

 

Избранный
18
musavat.com

1Источники