RU

Gürcüstanda prezident dövlət himayəsindən məhrum edilə bilər


Gürcüstan hakimiyyəti dövlət başçısının ölkə konstitusiyasını pozduğunu müəyyən edərsə, ölkə prezidenti Salome Zurabişvilini səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət himayəsindən məhrum edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin hüquq məsələləri üzrə komitəsinin iclasında bildirilib.
Təşəbbüsün müəlliflərindən biri Tengiz Şarmanaşvili bildirib ki, dövlət Konstitusiya Məhkəməsinin Gürcüstan Konstitusiyasının pozulması ilə bağlı qərar çıxardığı şəxs üçün pul xərcləməyə və xüsusi şərait yaratmağa borclu deyil.
O əlavə edib ki, Gürcüstandakı mövcud şəraitdə və Zurabişvilinin qanun pozuntusu fonunda ölkə belə bir şəxsi qorumaq üçün xüsusi tədbirlər görməyə məcbur edilməməlidir.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Gürcüstan prezidenti, baş nazir, eləcə də parlamentin sədri səlahiyyət müddəti başa çatdıqdan sonra daha bir il dövlət mühafizəsindən istifadə etmək hüququna malikdir. Əgər təhlil konkret keçmiş vəzifəli şəxsin təhlükə altında olduğunu göstərərsə, dövlət mühafizəsinin qüvvədə olma müddəti uzadıla bilər.
Избранный
19
yeniavaz.com

1Источники