RU

Dəmir yolu qadınların üstünlük təşkil etdiyi sahəyə çevrilmək üzrədir

Əvvəllər dəmir yolu kişilərin üstünlük təşkil etdiyi bir sahə idi, indi isə vəziyyət qadınların xeyrinə dəyişib. SİA xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova Bakıda keçirilən "Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik" adlı tədbirdə bildirib.

"Dəmir yolu sənayesinin transformasiyası təkcə kapital məsələsi deyil, o istedadlar üçün rəqabətli qlobal bazarda ayaqda qalmaq imkanı yaradır. İnkluzivliyi təmin etməklə biz sənayenin inkişafını hazırlayırıq. Dəmir yolunu təsadüfi karyera seçiminə deyil, məqsədli karyera seçiminə çevirməliyik", - deyə o qeyd edib.

ADY rəsmisi əlavə edib ki, Qlobal Dəmiryol Tikinti Layihələri üzrə son hesabata görə, yaxın illərdə dünyada dəmir yolu infrastrukturunun inkişafına çəkilən xərclərin azalacağı gözlənilsə də, bu sahədə layihə xərclərinin 500 milyard ABŞ dollarını keçəcəyi gözlənilir: "Bu, o deməkdir ki, biz bu vizionu həyata keçirmək üçün güclü, bacarıqlı işçi qüvvəsinə malik olmalıyıq. Bu yaxınlarda Dünya Bankı bildirib ki, Türkiyədə dəmir yolunun karbonsuzlaşdırılmasına 600 milyon ABŞ dolları investisiya yatıracaq. Həmin investisiyalardan qadınların məşğulluğuna da yönəldiləcək".

Избранный
27
4
sia.az

5Источники