RU

Suriya İslam dövlətinə çevrilməyəcək - Müxalifət lideri

Suriya İslam dövlətinə çevrilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Suriyanın müxalifət liderlərindən olan Məhəmməd Alluş TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İslam ümməti layihəsi (İslam dini yönümlü dövlət – red.) Suriya xalqına uyğun deyil və onun üçün zərərlidir: “Suriya xalqı İslama əsaslanan dövlətin qurulması layihəsini qəbul etməyəcək”.

Alluş qeyd edib ki, Suriya bütün ölkələrlə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və müdaxilə etməmək prinsipləri əsasında münasibətlər qurmağa çalışır: "Suriya üçün əsas vəzifə dövlət quruculuğu və qaçqınların geri qaytarılmasıdır".

Suriyalı siyasətçi ölkədəki Rusiya hərbi bazalarının gələcək taleyindən də danışıb. O bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Ərəb Respublikasındakı hərbi bazalarının taleyini nəzərdən keçirəcək: “Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır və bu məsələ mütləq Suriya xalqının, eləcə də Rusiyanın maraqları baxımından nəzərdən keçiriləcək”.

Alluş Amerikanın Suriyada gələcək hərbi mövcudluğu ilə bağlı qərarı da xalqın verəcəyini vurğulayıb: “Ümid edirik ki, Suriya xarici hərbi bazaları olmadan lokal və qlobal sülh ölkəsinə çevriləcək”.

Qeyd edək ki, Rusiyanın Suriyada iki hərbi bazası mövcuddur. Bunlar Latakiyadakı (Tartus) hərbi dəniz donanması və Xmeymimdəki hərbi aviasiya bazalarıdır.

Избранный
14
6
redaktor.az

7Источники