RU

Ceyhun Əliyev: “Bu məşqçinin keyfiyyətini Polşa millisində də, “Beşiktaş”da da görmüşük”

AFFA İcraiyyə Komitəsinin builki son iclası keçiriləcək. İclasda əsas müzakirə mövzularından biri də yığmanın baş məşqçisi Fernando Santuşun taleyi olacaq. Onun qarşılıqlı razılıq əsasında postundan ayrılacağı gözlənilir.

Biz isə həmkarımız Ceyhun Əliyevə müraciət etdik. Doğrudanmı, portuqaliyalı mütəxəssis baş məşqçi vəzifəsindən getməlidi? Getməsi və qalması yönündə dəlilləriniz nədi?

Ceyhun Əliyev:
“Fernando Santuş və onun təbliğatını aparan, yığmaya direktor təyin olunan İlqar Qurbanov da birmənalı şəkildə getməlidi. Portuqaliyalı mütəxəssizin elçisi idi, olduqca keyfiyyətsiz iş gördü. Tariximizdəki ən barbad nəticənin ardından utanmadan “doğru yoldayıq” demək, sadəcə, rəzalətdi. AFFA özünü “sığortalamaq” üçün yenə məşqçini sərgiyə qoyacaq ki, baxın, dünya şöhrətli məşqçi gətirdik, o da bacarmadı. Məsuliyyətdən boyun qaçırmaq üçün məşqçini sədd kimi istifadə edirlər, əsas adlı-sanlı olsun. Santuşu da gözdən pərdə asmaq üçün gətirdilər. Hamı fikirləşir ki, Portuqaliyanı Avropa çempionu etmiş məşqçi bizim yığmada bacara bilmədi. Bu məşqçinin keyfiyyətini Polşa millisində də, “Beşiktaş”da da görmüşük. Dəfələrlə həyəcan təbili çalmağımıza, səhv yolda olduqlarını deməyimizə baxmayaraq, Rövşən Nəcəf inadkarlıq etdi və acı fəsadlarını da görəcək”.


AYGÜN MİRZA
Избранный
43
football-plus.az

1Источники