RU

Suriyada əməliyyat: PKK və silahları məhv edildi

Türkiyənin Milli istihbarat Təşkilatı (MİT) Suriyada yaranmış hərc-mərclikdən istifadə edən PKK/YPG terror təşkilatına qarşı əməliyyat keçirib. Tribunainfo.az xəbər verir ki, əməliyyat Suriyanın Kamışlı bölgəsində reallaşıb.
Belə ki, əsəd rejimi devrildikdən sonra Suriya ordusu hərbi hissələri tərk edərək, getməsindən PKK istifadə edib. Terrorçular boşaldılmış hərbi hissələrdəni hərbi texnika və silahları ələ keçirərək, aparmağa çalışıblar. MİT Kamışlıda bu işi həyata keçirən terror qrupunu sıradan çıxarıb. Onların oğurladıqları raketləri, topları, 2 ədəd tankı, habelə 12 yük maşını və 2 silah anbarını məhv ediblər.

Избранный
22
tribunainfo.az

1Источники