RU

TƏCİLİ: Ermənilər sərhəddən köçürlər

Ermənistanın Azərbaycanla sərhəddində yaşayan ermənilərin sayı sürətlə azalmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan tirajlı “İravunk” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, hazırda əskəriyyət sərhədyanı əraziləri tərk edərək, ya ölkəni tərk edir, ya da başqa əyalətlərə köçürlər.
Məlumatı Ermənistan Statistika Komitəsi də təsdiqləyib. Onlar bu köçün səbəbi kimi konkret bir şey göstərməyiblər. Lakin “İravunk” qəzeti bildirir ki, bu köç iki səbəbdən baş verir. “Birincisi, sərhəddə yaşayanlar Azərbaycanın hücum edəcəyindən ehtiyat edirlər və bu səbəbdən də evlərini atıb, qaçırlar. İkincisi isə sosial-iqtisadi vəziyyətin pis olmasıdır. Çünki sərhəddə yaşayanların dolanışığı çox pisdir”.
Rəsmi qaynaqlar isə qeyd edirlər ki, Ermənistanda əhalinin bu şəkildə miqrasiyası yaxın gələcəkdə demoqrafik vəziyyəti, habelə əhali yerləşimi məsəsləsində faciəvi nəticələrə səbəb olacaq.

Избранный
4
tribunainfo.az

1Источники