RU

UNICEF Azərbaycan hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir - Saca Faruq Abdullah

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF)ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullah ilə görüşkeçirilib.

Trend xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri TeymurMusayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəliolduğunu vurğulayıb:

“Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqlarınsağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlulayihələr həyata keçirilib”.

Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana vəuşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsiistiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazirvaksin preparatlarının da Azərbaycana UNICEF xətti iləgətirildiyini vurğulayıb.

Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətini vurğulayan nazirtədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya SəhiyyəTəşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığatəsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadrpotensialının gücləndirilməsi” mövzusunda panel müzakirəsləriniqeyd edib.

Həmçinin, Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-citədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlimdəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətəçatdırılıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyinibildirib.

Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin UşaqFondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb:

“UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onlarıntam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasındaAzərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.

Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksəkqiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrəƏməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlıəlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıqməsələlərini müzakirə ediblər.

UNICEF
UNICEF
UNICEF
Избранный
21
8
az.trend.az

9Источники