Rusiyanın Suriyadakı səfirliyi son dərəcə yüksək təhlükəsizlik təhdidləri şəraitində fəaliyyət göstərir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xatırladaq ki, Rusiyanın Suriyada dəstəklədiyi Bəşər Əsəd rejimi devrilib və Əsəd ölkədən qaçaraq Moskvaya sığınıb.
Turan İSMAYIL