Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında nəqliyyat növünün sayının artırılmasını müsbət dəyərləndirib:
“Ekspres avtobusların xəttə buraxılma səbəbi istiqamət üzrə gediş-gəlişdə rahatlıq yaratmaqdır. Yəni başlanğıc dayanacaqdan son dayanacağa qədər, adətən, daha çox gediş olur. Ekspres avtobuslar da başlanğıc və son dayanacaqdakı sərnişinlərin rahat gediş-gəlişini təmin edir. Buna görə də 20 Yanvar-Sumqayıt istiqamətində daha çox ekspres avtobusların xəttə buraxılması 199 nömrəli avtobusda sərnişinlərin sayının azalmasına səbəb olacaq. Son nəticədə Bakı Mühəndislik Universitetinə gedən sərnişinlər yolu daha rahat gedib-gələcəklər”.
Törə Zeynallı
Demokrat.az