İspaniyanın “Barselona” klubunun futbolçusu, yayda aldığı zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Ronald Arauxo sağalıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


25 yaşlı futbolçunun adı komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda baş tutacaq “Borussiya” (Almaniya) ilə matçın sifariş ərizəsinə salınıb. Uruqvaylı müdafiəçinin Almaniya klubu ilə matçda meydana çıxmaq ehtimalı var.


Uruqvay yığmasının üzvü yayda ABŞ-də keçirilən Amerika Kubokunun 1/4 finalında, Braziliya ilə matçda zədələnmişdi.