RU

Suriyanın müvəqqəti baş naziri çağırış etdi

Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir xaricdəki suriyalılara çağırış edib. 

"Unikal" xəbər verir ki, əl-Bəşir prezident Bəşər Əsədin devrilməsindən sonra xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

"Mən xaricdəki bütün suriyalılara çağırış edirəm. Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın", - o, ifadə edib. 

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən müvəqqəti baş nazir Suriyada bütün insanların və bütün məzhəblərin hüquqlarının təmin ediləcəyini əlavə edib.

Избранный
17
50
unikal.az

10Источники