RU

ABŞ-nin dəstəyi kəsilərsə, Ukraynanın pulu nə qədər vaxta bəs edəcək? - Maliyyə nazirindən açıqlama

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ-nin dəstəyi olmadan Kiyevin vəsaitləri, silah və sursatları 2025-ci ilin təxminən ilk altı ayı üçün kifayət edəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko İspaniyanın "Pais" qəzetinə müsahibəsində deyib.
"Bizim ən azı 2025-ci ilin birinci yarısına qədər dayanmaq üçün kifayət qədər vəsaitimiz, silahımız, raketimiz və artilleriya mərmilərimiz var", - deyə Marçenko bildirib.
O qeyd edib ki, Kiyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə lazımi şərtləri özündə əks etdirən əməkdaşlıq planı olmalıdır.
Xatırladaq ki, daha əvvəl "The New York Times" ABŞ-nin Ukraynaya yardımının həcminin ABŞ-nin seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra böyük ehtimalla azalacağını yazmışdı.
Избранный
11
50
oxu.az

10Источники