RU

Əsədin “Ölüm düşərgəsi”: amansız işgənclər, kütləvi qətllər - VİDEO

Bəşər Əsəd rejiminin Dəməşqdə yerləşən Sednaya həbsxanasında gizli bölmələrin araşdırılması ilə məşğul olan qruplar işlərini davam etdirərkən, Harasta hərbi xəstəxanasında cəsədlər tapılıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu insanların bəzilərinin yaxın zamanda öldürüldüyü məlum olub. Ölənlərdən bəzilərinin üzərində geyim olsa da, digərləri çılpaq idi.

"Ölüm düşərgəsi" olaraq tanınan Haraştada gizli bölmələr axtarılır.

Ölkənin cənubundakı üsyançı qruplaşmanın üzvü Muhamməd Əl-Hacc bildirib ki, o, hərbi xəstəxanada meyitxananın qapısını öz əllərilə açıb:

"Bu, dəhşətli mənzərə idi. Üzırində ağır işgəncə izləri olan 40-a yaxın cəsəd vardı".

Harasta xəstəxanasında çəkilən görüntülərdən birində içərisində sümüklər olan bir parçada dərisi çürüyən cəsədin qabırğası görünür. Cəsədlər ağ plastik kisələrə qoyulmuş və ya ağ parçaya bükülmüş, bəziləri qana boyanmışdı. Bu, onların yaxın zamanda öldürüldüyünə dəlalət edirdi.

Minlərlə insan yaxınlarının izlərini tapmağa çalışır. Məhbuslar və İtkin Şəxslər Assosiasiyasının (ADMSP) təsisçilərindən biri Diab Serriya bildirib ki, cəsədlər Sednaya həbsxanasındakı məhbuslara aid ola bilər.

Serriya “Harasta xəstəxanası məhbusların cəsədlərinin toplandığı əsas mərkəz rolunu oynayırdı. Cəsədlər Sadnaya həbsxanası və ya Tişrin xəstəxanasından oraya göndərilir və Harastadan kütləvi məzarlıqlara köçürülürdü” deyib.

60 min insan öldürüldü

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ən azı 60 min insan işgəncə və ya həbsaxanalardakı dəhşətli şərait ucbatından ölüb. Münaqişə başlayandan bəri Əsəd hökuməti insan haqlarının pozulması, işgəncə, zorlama və məhkəməsiz qətllərdə ittiham olunur.

Dəhşətli işgəncələr

Suriya rejimi "Əsədin qəssabxanaları" adlandırılan həbsxanalarda məhbuslara dəhşətli işgəncələr verib. Bu işgəncələr zamanı bir neçə dəhşətli üsuldan istifadə olunurdu. Məhbuslara elektrik cərəyanı verilir, qamçı ilə döyülür və yuxusuz saxlanılırdı. Bundan başqa, qadınlar və kişilər soyundurulur, gözləri bağlanır və bəzən zorlanırdılar.

Suriya həbsxanalarında məhbusların kürəyinə verilən üç xüsusi işgəncə metodu xüsusilə tanınırdı. Birincisi, "Alman kreslosu" adlanırdı: burada məhbusları stulda oturdurub, onurğaları qırılana qədər geri əyirdilər.

İkinci üsul isə "uçan xalça" adlanırdı: burada qurbanlar qatlanan taxtaya sərbəst bərkidilir, sonra isə lövhənin iki tərəfi qaldırılırdı. Nəticədə qurbanın sinəsi və dizləri sıxılır, beli qırılırdı.

Üçüncü metod: məhbusları nərdivana bağlayıb itələyirdilər, onlar kürəyi üstə yıxılır və möhkəm əzilirdilər. Bu, təkrarlanan işgəncə idi.

Rejimin fiziki işgəncə tətbiqinə məhbusların bədəninin müxtəlif hissələrinə qaynar su tökmək, başını suya salaraq boğulma hissi vermək, elektrik çubuqla bədəninə elektrik cərəyanı ötürmək daxil idi. Eləcə də onların bədəninə çılpaq halda elektrik cərəyanı ötürülür, yaxid məhbuslar isti, elektrikli metal stula əyləşdirilirdi. Həmçinin plastik torbanı yandırıb bədənlərinə damcıladır, siqareti bədəninin müxtəlif yerlərində söndürür, barmaqlarını alışqanla yandırırdılar. Bundna başqa məhbusları soyundurub bədənklərinə isti yağ damcılatmaq, tez alışan pestisidləri tökərək yandırmaq və bu kimi qeyri-insani üsullar da tətbiq edilib.

Keçmiş məhbusların dediyinə görə, onlar devrilmiş rejimin təhlükəsizlik qüvvələrinin müxtəlif bölmələrindən “ət dolabları” adlanan ağ yük maşınlarında Sednaya aparılıblar.

Məhkumlar həbsxanaya gələrkən ağır döyülmə və işgəncələrə məruz qaldıqlarını, təcridxana rəhbərliyi tərəfindən “xoş gəldin şənliyi” təşkil edildiyini, bu döyülmələr zamanı tez-tez başlarından zərbələr aldıqlarını, bəzi dostlarının buna görə öldüyünü bildiriblər.

Keçmiş həbsxana rəsmisi bu praktikanı təsdiqləyərək, "Gələn ağ yük maşınında adətən 50-60 adam olurdu. Bu adamların gözləri bağlanırdı. İki mühafizəçi maşına yaxınlaşıb onları maşından atmağa başlayırdı. Onların üzükləri, saatları və digər əşyalarını mühafizəçilər götürürdülər. Məhbusları həbsxanaya götürərkən təpikləyirdilər”, deyə bildirib.

Qeyd olunub ki, məhbuslar daha sonra 5-15 nəfərlik qruplar halında mühafizəçilər tərəfindən yeraltı kameralara aparılırdı.

Neçə nəfər həbs edilib?

2011-ci ilin martından 2024-cü ilin avqustuna qədər təxminən 157 634 suriyalı həbs edilib. Onların 5274-ü uşaq, 10221-i qadındır.

1971-ci ildə hakimiyyətə gələn Bəşər Əsədin atası Hafizin hakimiyyəti dövründə Suriyanın təhlükəsizlik xidmətləri tərəfindən daha minlərlə insan oğurlanıb. Suriyada dəbdə olan səssiz-soraqsız “oğurlanma” məsələsi Bəşər Əsədin dövründə daha şiddətlə davam edib.

Rəhman Mirzəlizadə, BakuPost


Избранный
79
bakupost.az

1Источники