RU

Xameneyidən ilk Əsəd açıqlaması: Qonşu ölkə deyəndə kimi nəzərdə tutur?

Suriyada 61 illik rejimin devrilməsindən sonra ilk dəfə çıxış edən İranın dini lideri Ayətullah Əli Xameneyi diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, Xameneyi “Əsədin devrilməsinin ABŞ və İsrailin birgə planının nəticəsi olduğunu” iddia edib. İranın ali dini lideri "Şübhəsiz ki, Suriyada baş verənlər Amerika-İsrail ortaq planının nəticəsidir. Bəli, qonşu dövlət açıq-aşkar rol oynayıb və oynamağa da davam edir. Bunu hamı görür. Halbuki, əsl sui-qəsdçi, əsas planlayıcı və komanda otağı ABŞ və sionist rejimdir. Dəlillərimiz var və dəlillər heç bir şübhəyə yer qoymur”.

 Xameneyi bildirib ki, Bəşər Əsədin devrilməsindən sonra anti-İsrail müqavimətinin zəifləməsi Tehranın gücünü azaltmayacaq: 

"Müqavimətin mənasını bilmədən düşünür ki, müqavimət zəiflədikdə, İslami İran da zəifləyəcək. İran güclü və qüdrətlidir, daha da güclənəcək", -deyib. 

Избранный
26
cebheinfo.az

1Источники