RU

Rusiyaya kütləvi raket HÜCUMU: İki şəhərdə neft bazası və mərkəz VURULDU - CANLI

Ukrayna Silahlı Qüvvələrinin dekabrın 11-nə keçən gecə Rusiyanın Taqanroq və Bryansk şəhərlərindəki obyektləri hansı silahlarla vurduğu açıqlanıb. Musavat.com Mash Telegram kanalına istinadən xəbər verir ki, bunlar yeni “Peklo” pilotsuz təyyarələri ola bilər: “Vurulan PUA-ların qalıqları artıq tapılıb və ekspertizaya göndərilib”.

Ehtimallara görə, zərbə hədəfləri Bryanskda “Transneft” şirkətinin neft bazası və Taqanroqdakı elmi-texniki kompleks olub. Mash Taqanroq və Bryansk hücumlarında istifadə edilən silahların təfərrüatını açıqlayıb. İddialara görə, Ukrayna Silahlı Qüvvələri “Palyanitsa” raketlərindən, həmçinin Neptun-MD-dən də istifadə edə bilərdi. Qeyd edilir ki, “Peklo” raketləri 700 kilometr məsafəyə 700 km/saat sürətlə uçur. Baza Telegram kanalı isə zərbələrin Amerikanın ATACMS raketləri ilə endirilə biləcəyini yazmışdı.

Rusiya qoşunları Kursk vilayətində Daryino və Plexovo yaşayış məntəqələrini azad edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Rusiyanın Ukrayna ilə sərhəd Kursk vilayətinin bir sıra yaşayış məntəqələri bu ilin avqust ayında Ukrayna ordusu tərəfindən ələ keçirilib. Qeyri-rəsmi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin avqust ayında Kursk vilayətinin 1000 kvadrat km-dən çox ərazisini nəzarətə götürdüyü bildirilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Azər Həsrətlə Suriya və Ukraynanı müzakirə edir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Избранный
16
musavat.com

1Источники