RU

Qəzzada son 15 gündə 556 nəfər həyatını itirib

İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə son 15 gündə həyata keçirdiyi hücumlarda 556 nəfər həyatını itirib, 1511 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi iki hücumda 19 nəfərin həyatını itirdiyi, 69 nəfərin isə yaralandığı bildirilib.

Beləliklə, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 805-ə, yaralıların sayı isə 106 min 257-yə yüksəlib.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Избранный
21
3
cebheinfo.az

2Источники