Olaylar xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O iddia edib ki, kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur
"Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim edib ordudan təxris etməlidirlər. Lakin bu qanunda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunların (DQ) hərbi təhsil müəssisələrindən xaric edilən kursantlarının taleyi ilə bağlı boşluqlar mövcuddur. Belə ki, DSX və DQ-də korpus sistemi mövcud deyil və bu səbəbdən kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur"./Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31