RU

"Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi" layihəsi yekunlaşıb - FOTOLAR

Türkiyə, Moldova, Gürcüstan və Azərbaycandan olan gənc müəllim və tələbələrin iştirakı ilə keçirilən "Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi" layihəsi yekunlaşıb. SİA xəbər verir ki, layihə ümumilikdə 3 gün davam edib və ilk günü Göygöl Milli Parkına İnfotur ilə başlayıb. İnfotur zamanı iştirakçılara bələdçi tərəfindən Milli Parkın ekoloji-mədəni elementlərindən bəhs edilib.

Daha sonra Göygöl Gənclər Evində iştirakçıların bir-birilərini daha yaxşı tanımaları üçün şəbəkələşmə fəaliyyətləri baş tutub. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Beynəlxalq əlaqələr və Donorlarla iş departamentinin mütəxəssisi Kamilla Məmmədova tərəfindən “Understanding Green Education" mövzusunda təlim keçirilib, iştirakçılarla yaşıl təhsilin prinsipləri və əhəmiyyəti, yaşıl təhsili siniflərdə tətbiq etməyin effektiv yolları kimi məsələlər müzakirə edilib. Sonda isə Regionda olan ortaq ekoloji problemlərlə bağlı qrup müzakirəsi baş tutub.

Layihənin ikinci və üçüncü günü Bakı şəhərində "Davamlı təhsil üçün regional əməkdaşlıqlar", "Yaşıl təhsildə texnologiyadan istifadə", "Rəqəmsal biliklərin tətbiqi", "Yaşıl layihələrin formalaşdırılması və icrası" kimi mövzular ətrafında təlimlər, vörkşoplar, qrup işləri və təqdimatlar keçirilib, davamında isə iştirakçıların hazırladıqları layihələrinin təqdimatları təlimçi tərəfindən dinlənilib.

Sonda AGMA-nın əməkdaşları tərəfindən iştirakçılar sertifikatla təltif ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Türkiyənin Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin, Gürcüstanın Gənclərin İnkişaf Mərkəzinin, Moldovanın Millenium Təlim və İnkişaf İnstitutunun tərəfdaşlığı ilə keçirilib.

Избранный
3
2
sia.az

4Источники