Bu gün İrəvanın “Zvartnots” hava limanının lövhəsində Bakıya saat 17:00-da reysin olacağı qeyd olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, sözügedən İrəvan-Bakı reysi “Zvartnots” hava limanının internet saytında qeyd olunmayıb.
Hava limanının mətbuat xidməti belə bir reysin olduğunu təsdiqləyib: "Bu, beynəlxalq təşkilatın sifarişi ilə həyata keçirilən çarter reysidir. Müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə Bakıya və Bakıdan İrəvana çarter reysləri həyata keçirilib".
Hazırda Bakı istiqamətində uçmaqda olan təyyarədə hansı beynəlxalq təşkilatın nümayəndələrinin olduğu açıqlanmayıb.
- (unikal)