Türkiyə cari ilin ilk 11 ayında fındıq ixracından 2,3 milyard dollardan çox gəlir əldə edib.
Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyindən (KFMİB) əldə edilən məlumata görə, 1 yanvar - 30 noyabr 2024-cü il tarixləri arasında 289 min 39 ton fındıq ixrac edilib.
İxrac müqabilində 2 milyard 349 milyon 239 min 446 dollar gəlir əldə edilib.
Ötən ilin eyni dövründə 251 min 163 ton ixrac edilib və 1 milyard 621 milyon 988 min 536 dollar gəlir əldə edilib.
Türkiyənin 2024-cü ildə fındıq ixracı əvvəlki il ilə müqayisədə tonnaj olaraq 37 min 876 ton, gəlir baxımından isə 721 milyon 250 min 910 dollar artıb.